Jurnalist Cəmil Məmmədliyə ağır cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədlnin işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C. Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı