Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. İtburnu müxtəlif vitamin və mineralları ehtiva edir. Tərkibində C və E vitaminləri, fenoliklər, karotenoidlər, üzvi turşular və əsas yağ turşuları olan fitokimyəvi maddələr mənbəyidir. Bədəni infeksiyalara və soyuqdəymələrə qarşı gücləndirməyə kömək edir. B vitamini ilə zəngin olduğu üçün enerji mübadiləsində, sinir sistemində, böyümə və inkişafda da təsirlidir.
Metbuat.az xarici mediaya istinadən itburnunun faydalarını təqdim edir:
- İmmuniteti gücləndirir.
- Soyuqdəymə və öskürək üçün sakitləşdiricidir.
- İtburnu çayı artrit ağrısını aradan qaldırır.
- Dərinin sağlamlığını qoruyur.
- Həzmi yaxşılaşdırır.
- Qan təzyiqini balanslaşdırır.
- İltihabın qarşısını alır.
- Ürək sağlamlığını qoruyur.
- Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır.