“Rusiya çalışır ki, Ermənistanda itirdiyi mövqeyi geri qaytarsın” - AÇIQLAMA

“Problemlər tamamilə həll olunacağı təqdirdə, Rusiyanın Cənubi Qafqazda fəaliyyətinə hər hansı bir ehtiyac qalmayacaq”.

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Analitik Azərbaycan ərazisindəki “boz zona”nın ləğvindən sonra Rusiya sülhməramlı qüvvələrinə ehtiyacın qalmadığını bildirib:


“Son vaxtlara qədər Rusiya sülhməramlı qüvvələrinin hərbi bazaya çevriləcəyi barədə iddialar ortaya atan Rusiya siyasi dairələri indi fərqli bir reallıq qarşısında qalıb. Yəni Rusiya sülhməramlı qüvvələri artıq Azərbaycan ərazisindən çıxarılır. Digər məsələlər də oxşarlıqlar var. Bu baş verdiyi üçün kənar təsirlər, yəni həm Rusiyanın, həm də Qərbin Cənubi Qafqaza təsir mexanizmləri aradan qalxacaq.

Onilliklər boyu Rusiya məhz həmin problemlərin mövcud olması sayəsində Azərbaycana və Ermənistana təsir göstərərək, maraqlarına uyğunlaşdırmağa cəhd göstərib. Bütün bunları nəzərə alanda Rusiyanın Cənubi Qafqazda hər hansı bir problemin həllində maraqlı olduğu bir az çətin olur”.

Elçin Xalidbəyli düşünür ki, Rusiya Cənubi Qafqazda mövqeləri zəiflədiyini də anlayır və ona görə də daha çox problemlərin həllində maraqlı tərəf kimi görünməyə cəhd göstərir:

“Burada əsas məqsəd Rusiyanın Ermənistan cəmiyyətində itirilmiş mövqelərini, yeni nüfuzunu və təsir imkanlarını geri qaytarmaqdır. Moskvanın bəzi məsələlərdə Ermənistana və onun cəmiyyətinə daha yaxşı görünmək istəkləri müşahidə olunur. Kreml bəzən də, mövcud problemi daha qabarıq şəkildə faciəvi ölçülərdə təqdim etməklə baş verənlərə Paşinyan hakimiyyətini səbəbkar olduğuna eyham vurmağa çalışır.

Mariya Zaxarovanın dedikləri, Rusiya Xarici İşlər Nazirliyinin bəzi bəyanatları da daha çox informasiya savaşı kontekstində baş verir. Bu mesajların məğzi odur ki, , əgər Ermənistan öz problemlərini həll etmək istəyirsə, Paşinyan hakimiyyətini dəyişdirməli, Rusiya ilə münasibətlərini yenidən bərpa etməlidir”.

Elçin Xalidbəyli qeyd edib ki, hələlik Rusiyanın edə biləcəyi yeganə əsas şey Ermənistan üzərində informasiya savaşında üstünlük qazanmaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı