Yaşlı kişi stansiya yoluna düşdü

Metronun “Nərimanov” stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub.

Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, "Gənclik-Nərimanov" mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib.

Sərnişin stansiya yolundan çıxarılıb. Ona ilkin yardım göstərilib, zədə aldığı məlum olub. Təcili yardım personalı ilkin tibbi xidməti göstərdikdən sonra sərnişini aidiyyəti üzrə tibb müəssisəsinə aparıb.

Qatarlararası interval pozuntusuna yol verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı