Bu ölkədə 6,9 bal gücündə zəlzələ oldu

Yaponiyanın cənub-qərbində Oqasavara adaları yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, məlumatı Yaponiya Meteorologiya Agentliyi (JMA) yayıb.

6,9 bal gücündəki zəlzələ yerli vaxtla saat 17:36-da qeydə alınıb.

Məlumata görə, zəlzələ 540 kilometr dərinlikdə olub.

Qeyd edək ki, Oqasavara adaları Yaponiyanın paytaxtı Tokiodan 1000 kilometr cənub-şərqdə və Qərbi Sakit okeanda Quam adasından 1600 kilometr şimal-qərbdə yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı