Azərbaycanın millisinin heyətində dəyişiklik edildi

18 yaşadək (U-18) futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, “Sumqayıt” klubunun futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev yığmaya dəvət olunub.

Qeyd edək ki, U-18 aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı