Buraxılış imtahanında 4 nəfər maksimal bal topladı - SİYAHI

2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanında iştirakı nəzərdə tutulan 55 587 nəfərdən 422 nəfər imtahana gəlməyib.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib.

    Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub.

    İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib:

    1. Əmiraslanlı Tuncay Natiq oğlu (Sumqayıt şəhəri, 23 saylı orta məktəb)

    2. Xəlilli Aylin Elşən qızı (Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey)

    3. Həsənli Aydın Çingiz oğlu (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəb)

    4. Alıyev Nəsib Şamil oğlu (Bakı şəhəri, 270 saylı orta məktəb)


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı