Xarici valyutaya tələbin artma səbəbləri açıqlandı

Valyuta bazarında müşahidə edilən kəskin artım artıq bitib. İlin əvvəlində xarici valyutaya olan artım dövlət büdcəsinin xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artması ilə əlaqədardır.

Metbuat.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov deyib.

    O bildirib ki, həmçinin bu dövrdə hüquqi şəxslərin avans ödənişləri və Azərbaycan iqtisadiyyatına edilən investisiyalar artıb.

    "Həm büdcə xərclərinin, avans ödənişlərinin, həm də investisiyaların artması xarici valyutaya tələb yaradıb. Bu sadaladığım amillərdən başqa valyutaya tələbin artmasına subyektiv yanaşmada təsir göstərib.

    Hal-hazırda valyuta bazarında vəziyyət sabitdir və bazarda olan tendensiya ötən ilin eyni dövrü ilə müqayisədə eynidir" , - deyə Taleh Kazımov əlavə edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı