Skuter sürücülərini bu qədər cərimə gözləyir - RƏSMİ

"Skuter kimi nəqliyyat vasitələri hərəkətin digər iştirakçıları hesab olunurlar, onların məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində nəzərdə tutulan hallarla müəyyən olunur. Bu maddəyə görə, 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulub".

Bu sözləri Metbuat.az-a açıqlamasında son illərdə Bakı yollarında çoxalan skuter kimi yeni nəqliyyat vasitələrindən danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, skuter kimi yeni nəqliyyat vasitələri ilə bağlı yeni qanunvericilikdə daha dəqiq, konkret formada istinadlar olacaq:

"Skuter də nəqliyyat vasitəsidir, yol hərəkəti haqqında qanunvericilikdə birbaşa olaraq adı çəkilməsə də, qanunların tətbiqi baxımından onların hüquq və vəzifələrini velosipedçilərin, moped idarə edənlərin səlahiyyətlərinə, hüquq və vəzifələrinə bərabər hesab etmək olar.

Ümumi istifadədə olan yollarda piyadadan sürücülərə qədər hər kəsin bərabər hüquqları var. Skuter istifadə edənlər bu nəqliyyat vasitəsinin mobil imkanlarından sui-istifadə etməməlidir. Avtomobil yolunda ziqzaqvari hərəkət etmək, piyada səkilərində insanların üzərinə hərəkət etmək olmaz. Skuter sürən şəxslər də təhlükəsizlik üçün baş geyimindən, yəni dəbilqədən istifadə etməlidir".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı