Mərkəzi Bankın valyuta ehtiyatları 2,5 milyard dollara yaxın artıb

Bu il may ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0.05% və ya 6.4 milyon ABŞ dolları artaraq 11 milyard 660 milyon ABŞ dollarına çatıb.

Metbuat.az xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 26.9% və ya 2 milyard 471.6 milyon ABŞ dolları artıb. Belə ki, 2023-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 9 milyard 189.2 milyon ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı