Bakıda kişi sevdiyi qadına görə özünü yandırdı

Bakıda kişi küçədə özünü yandırıb.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.

Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə etməyə çalışıb.

Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

İlkin iddiaya görə, həmin şəxsin sevdiyi xanım hadisənin baş verdiyi ərazidəki binada yaşayır və kişi özünü ona görə yandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı