Makron Netanyahu ilə Qəzza zolağını müzakirə etdi

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı "HƏMAS" ilə davam edən danışıqları başa çatdırmağa çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Yelisey Sarayından bildirilib.

Məlumata əsasən, E.Makron prioritet kimi girovların azad edilməsinin vacibliyini vurğulayıb və vasitəçilik səylərini tam dəstəklədiyini bildirib. O, həmçinin İsrailin bölgədəki əməliyyatlarını dayandırmağa çağırıb.

E.Makron B.Netanyahu ilə girovların azad edilməsinə, mülki şəxslərin müdafiəsinə və regional gərginliyin azaldılmasına zəmanət verəcək razılaşmanın əldə olunmasının zəruriliyini müzakirə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı