Britaniyalı taekvandoçu Ryubin Riçards I Avropa Oyunlarında ən yaxşı nəticə göstərməyə çalışır. Bu Oyunlar onun üçün ilk iri multi-idman yarışı olacaq.
Trend-in Böyük Britaniyanın "Nottingham Post" nəşrinə istinadən verdiyi məlumata əssən, R.Riçards ölkəsinin Avropa Oyunlarında taekvando üzrə komandasının 7 idmançısından biridir.
Taekvandoçu bildirib: "Oyunlar mənim üçün ilk multi-idman yarışı olacaq və məqsədimə çatmaq üçün bu şansdan istifadə etmək istəyirəm. Bundan başqa mənim üçün bir çox yenilik olacaq".
İdmançı qeyd edib ki, 2015-ci ildə məqsədi Avropa Oyunlarında qalib gəlməkdir: "İnanıram ki, bunu edə biləcəm".
Milli.Az