Bu ölkədə daşqınlar 267 nəfərin ölümünə səbəb oldu

Keniyada güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, daha 188 nəfər xəsarət alıb, 75 nəfər isə itkin düşmüş hesab olunur. Bundan əlavə, 281 min 835 nəfər məcburi köçkün vəziyyətinə düşüb.

Təbii fəlakət ümumilikdə 380,6 minə yaxın insana zərər vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı