Bunu etsəniz, qaraciyər xərçənginin qarşısını ala bilərsiniz

Alman Xərçəng Tədqiqat Mərkəzi və Tübingen Universitetinin tədqiqatçıları qaraciyər iltihabının və xərçənginin qarşısının alınmasına mühüm təsir göstərə biləcək qaraciyər yağlanması xəstəliyinin müalicəsində əhəmiyyətli irəliləyiş əldə ediblər.

Metbuat.az xəbər verir ki, siçanlar üzərində aparılmış və “Cell Metabolism” jurnalında dərc olunmuş tədqiqatın nəticələri aralıqlı oruc tutmağın qaraciyər xəstəliyinin inkişafını dayandıra biləcəyini göstərir.

Alkoqolsuz yağlı qaraciyər xəstəliyi qlobal miqyasda ən çox yayılmış xroniki xəstəliklərdəndir və ilk növbədə piylənmədən qaynaqlanır. Belə vəziyyət metabolik disfunksiya ilə əlaqəli steatohepatit, qaraciyər sirrozu və xərçəngi kimi daha ciddi sağlamlıq problemlərinə çevrilə bilər.

Gün ərzində ac saxlanılan siçanlar sonra daha çox yesələr də, hər gün sərbəst qidalananlarla müqayisədə qaraciyərin daha yaxşı sağlamlıq nəticələri nümayiş etdiriblər. Nəticənin yeməyin vaxtı və tərzi ilə əlaqədar olduğu bildirilib.

Bu tədqiqatın perspektivli nəticələri piylənmədən qaynaqlanan qaraciyər xəstəliklərinə qarşı yeni pəhriz qaydalarının müəyyənləşməsinə və terapevtik strategiyalara yol aça bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı