Bu məhsullar beyin cavanlığını qoruyub saxlayır

Avstraliya Milli Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, rasionda bəzi məhsulların olması beyin cavanlığını qoruyub saxlamağa kömək edir.

Metbuat.az xəbər verir ki, tədqiqatçılar “maqneziumla zəngin məhsulların böyük miqdarda qəbulu 55 yaşdan yuxarı sağlam insanlarda beyin yaşlanmasını 1 il gecikdirdiyini" bildiriblər.

Tədqiqat çərçivəsində alimlər 40-73 yaş arası insanların koqnitiv imkanlarını təhlil ediblər. Mütəxəssislər aşkar ediblər: hər gün 550 milliqram maqnezium qəbul edən insanlarda 55 yaşa qədər yalnız 350 milliqram qəbul edənlərlə müqayisədə beyin bir il daha cavan olub. Avstraliya tibb işçiləri bildiriblər: “Aktiv maqnezium qəbulu koqnitiv funksiyaların qorunub saxlanmasına və daha gec yaşda demensiyanın inkişafı riskinin azalmasına kömək edir”.

Araşdırmanın nəticələrini şərh edərək, diyetoloq Loren Manaker “Eat this, Not that!” portalına bildirib ki, maqnezium impulsların beyinin neyronları arasında ötürülməsində mühüm rol oynayır. Eyni zamanda, ekspert vurğulayıb ki, beyin üçün əlavələr deyil, qida ilə əldə edilən maqnezium faydalıdır. "Qida" maqneziumu həddindən artıq olduqda böyrəklər tərəfindən asanlıqla həzm olunur və sidiklə ifraz edilir, bioloji aktiv əlavələr ilə əldə ediləndə isə çox miqdarda maqnezium müxtəlif pozuntulara səbəb ola bilər (məsələn, həzm prosesində). Manaker əlavə edib ki, bundan əlavə, "maqneziumla zəngin qidalar beyini qorumaq üçün birlikdə işləyərkən sinergetik təsir göstərə biləcək bir çox digər vacib qida maddələri və antioksidantlarla da zəngindir".

Tərkibində böyük miqdarda maqnezium olan məhsullar: balqabaq toxumu, badam, çia toxumu, bişmiş ispanaq, qarğıdalı, soya südü, kaju qozu, fıstıq yağı. Lütein antioksidantı olan qidaların qəbulu da idrak funksiyasına müsbət təsir göstərir. Bunlar tünd yaşıl yarpaqlı tərəvəzlər, qarğıdalı, yumurta, avokadodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı