"Dollar" sözü belə yaranıbmış

Dollar sözü almanca olan "taler" sözündən gəlir.

Metbuat.az bildirir ki, Taler XVI-XIX əsrlərdə Avropada və beynəlxalq ticarət əlaqələrində əhəmiyyətli rol oynamış gümüş puldur (sikkə).

1510-1512-ci illərdə Bohemiyanın qərbində (indiki Almaniya və Çexiya sərhəddinə yaxın) zəngin gümüş yataqları aşkar edilir. Burada mədən işçiləri üçün "almana vadi" mənasını verən Tal qəsəbəsi salınır.

1517-ci ildə şəhər mədənçilərin himayədarı müqəddəs Yohimin şərəfinə Yohimstal adlandırılır. Bundan sonra zırb olunan sikkələr Yohimstaler (Joachimstaler) adlanır. Söz sonradan qısaldılaraq taler şəklini alır, 1550-ci illərdə ingilis dilinə "daler" kimi keçib, 1600-ci illərdə "dollar" şəklində modifikasiya olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı