"Belarus və Azərbaycan əməkdaşlığına böyük potensial var" - Millət vəkili

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanda səfərdədir.

Səfər barədə Metbuat.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında yeni impuls yaranacaq:

"İlham Əliyev Xankəndidə səs verməklə yeni bir tarix yazdı" -

“2006-cı ildən başlayaraq dövlət başçılarımızın qarşılıqlı səfərləri müntəzəm xarakter alıb. Bu müddət ərzində iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı çoxlu sənədlər təsdiq olunub. Amma Aleksandr Lukaşenkonun ölkəmizə bu səfəri əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Belarusiyanın dövlət başçısının səfərindən bir neçə gün əvvəl hökumət üzvləri ölkəmizə gəliblər və azərbaycanlı həmkarları ilə görüşlər keçirərək əməkdaşlıqla bağlı məsələləri müzakirə edib razılaşdırıblar. Həm də Azərbaycanın üç şəhəri ilə Belarusiyanın üç şəhəri arasında qardaşlaşma memorandumları imzalandı. Bu dövlətlərimiz arasındakı münasibətlərin regionlar səviyyəsində genişlənməsi deməkdir. Artıq şəhərlərimiz bir başa dostluq əlaqələri yaradıb və xalqlarımız daha da bir-birinə yaxınlaşacaq.

Belarusiya işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasında iştirak etmək istəyir. O cümlədən Aleksandr Lukaşenko Füzuliyə və Şuşaya səfər etdi. Bu, dost ölkəsinin rəhbərinin bizim qələbə sevincimizə şərik olması deməkdir”.

İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Azər Badamov qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var:

“Bildiyiniz kimi, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat-logistika, kənd təsərrüfatı, hərbi, yüksək texnologiyalar, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənədlər imzalandı. Bu potensialdan səmərəli istifadə olunması iki ölkə arasındakı ticarət dövriyyəsini 400 milyon dollardan 1 milyard dollara qədər artırılmasına yol açacaq.

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Belarus və Azərbaycan beynəlxalq platformalarda da bir-birinin mövqelərini həmişə müdafiə edir. Hətta ölkələrimizdən birinin təmsil olunmadığı platformalarda da bir-birinə dəstək göstərir. Belarusiya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. O cümlədən, Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinə Azərbaycanla dil tapıb münasibətləri formalaşdırması yönündə çağırışlar edib. Ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmlənməsi beynəlxalq platformalarda səsimizin gücünü daha da artırır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı