Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib.

Metbuat.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında məlumat yayıb.

"Amerika Birləşmiş Ştatları Sülh İnstitutuna ev sahibliyinə görə təşəkkür edirik. Xüsusi iştirakçılarla Azərbaycan və ABŞ arasındakı ikitərəfli münasibətlər, əməkdaşlığımızın daha da təşviqi, Azərbaycanın COP29, iqlim və yaşıl həmrəklik gündəliyi kimi daha qlobal və yeni xarici siyasəti, Mərkəzi Asiya, Azərbaycan barədə vahid geosiyasi və geo-iqtisadi mühit kimi, eləcə də regional əməkdaşlığın artırılması, Orta Dəhliz, Xəzər-Qara Dəniz bərpaoluna bilən dəhliz layihəsi, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması və sülh gündəliyində irəliləyiş, Cənubi Qafqaz regionunun transformasiyası və inteqrasiyası və.s. barədə geniş fikir mübadiləsi apardıq", - prezidentin köməkçisi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı