Sumqayıt, 6 iyun, AZƏRTAC
“Sumqayıt” futbol klubu 2015/2016-cı illər mövsümü üçün transfer fəaliyyətini davam etdirir. Komanda mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə birillik yeni müqavilə imzalayıb.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan əvvəl isə Vurğun Hüseynov və Murad Ağayevlə yeni müqavilə imzalanmışdı.