Zəhərlənən ana və uşaqlarının son durumu AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə əvvəlcə üç uşağını, sonra özünü zəhərləyib. Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Hadisə ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, zəhərlənən şəxslər artıq evə buraxılıblar:

"Ötən gün təcili tibbi yardım vasitəsilə 4 nəfər (2-si kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib.

Daha ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Göstərilən tibbi xidmətlərdən sonra vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilib.

Daha sonra valideynin yazılı iltizamnaməsi əsasında onların hər biri ambulator müalicə üçün evə buraxılıblar".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı