Rəisinin dəfnində hansı dövlət başçıları iştirak etdi?

İran İslam Respublikasının prezidentinin anım mərasmində 13 ölkənin 15 lideri və yüksək vəzifəli şəxsləri iştirak edib.

Metbuat.az İRNA-ya istinadən xəbər verir ki, Qətər əmiri, Türkmənistanın milli lideri, Tunis və Tacikistan prezidentləri, İraq, Pakistan, Ermənistan, Qətər, və Azərbaycanın baş nazirləri, İraq, Rusiya, Əlcəzair, Özbəkistan, Qazaxıstan və Livan parlamentlərinin sədrləri, Doktor Seyid İbrahim Rəisi və digər şəxslərin anım mərasmində iştirak etmək üçün İrana səfər edən rəhbərlər və yüksək vəzifəli şəxslər arasında olub.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı