"Barselona" baş məşqçisi Xavi ilə yolları ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə klub rəsmi bəyanat yayıb. Məlumata görə, Xavi ilə "Barselona" prezidenti bu səhər əlaqə saxlayaraq, bu haqda bildirib. O, mayın 26-da "Sevilya" ilə səfər matçından sonra postunu tərk edəcək.
Xavini bu vəzifədə Hansi Flik əvəzləyəcək.