İlhamə Quliyevanın oğlu axtarışa verildi - VİDEO

Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov Moskvada itkin düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” proqramında məlumat verib. Bildirib ki, Orxan ötən ilin 23 sentyabrında Moskvadan Türkiyəyə uçmaq üçün hava limanına yollanıb. Sonra isə ondan xəbər alına bilməyib:

“Bilmirəm, İlhamə xanım həyatda olsaydı, onu axtarmaq üçün efirə çıxardımı? Amma hər kəs bilir ki, o, İlhamə xanımın qohumunun övladıdır. Nə olursa, olsun, ana anadır. Səkkiz aydır göz yaşı tökən, Orxanın doğma anası indi studiyadadır”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR