Mən ulduz doğulmuşan, bu sənətdə olmaq üçün seçilmişəm - Balaəli

"Sonradan verilən adın önəmi yoxdur. Gərək ulduz doğulasan. Sənəti olmayanlar adlarını dəyişirlər".

Metbuat.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində meyxana ustası Balaəli deyib.

"Mən ulduz doğulmuşam" söyləyən meyxanaçı bu sənətdə olmaq üçün seçildiyini qeyd edib: "Bu yerə gəlmək üçün böyük çətinliklərdən keçmişəm. Uşaqlıqdan meyxanaya böyük həvəsim olub. Özümdə fərqlilik görürdüm. 4-cü sinifdə başqalarının qafiyələrini əzbərləyib deyəndə görürdüm ki, camaatın mənə məhəbbəti var".

Əvvəllər ayaqqabı mağazasında satıcılıqla məşğul olan Balaəlinin sözlərinə görə, həmin vaxtlar pulu ailəsinə dəstək olmaq üçün deyil, sadəcə, özünə görə qazanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı