Yaponiya Azərbaycanın sülh və sabitliyə, enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirir

Yaponiya Azərbaycanın sülh və sabitliyə, enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirir
19:08 19 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanla Yaponiya arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası əməkdaşlıq komissiyasının fəaliyyətinin və qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

M.Kiuçi Azərbaycanın regionda sülh və sabitliyə, enerji təhlükəsizliyinə və radikalizmə qarşı mübarizəyə verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın davamı kimi qeyri-neft sektoru, xüsusilə də sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, elm və təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlar haqqında məlumat verərək, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasının tələb olunduğunu qeyd edib. O, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdıraraq, beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təsbit olunduğunu vurğulayıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR