Bu şəxslər üçün duzlu yemək ölümcül ola bilər

Duzdan aşırı istifadə vərdişi getdikcə damar patologiyalarını artırır.

Metbuat.az xəbər verir ki, kardioloq Yuriy Belenkov ən təhlükəli qida vərdişindən danışıb:

“Hər dəfə xörəyi, salatı duzlamaq insanı insult və demensiyaya yaxınlaşdırır. Duz təzyiqi yaradır, yüksək təzyiq insult və infarktın səbəbidir.

Duz damarları sıradan çıxarır, bu da ürək, böyrək və qaraciyəri təhlükəyə atır.

Tromboz, böyrək çatışmazlığı, işemiya, demensiya – xörək duzlayanların üzləşə biləcəyi təhlükədir.

Bu insanlarda demensiya damar mənşəli olur.

Aşırı çox duz istifadə etdiyinizi hardan necə bilməli?

- Daimi susuzluq

- Yeməyin dadını, duzunu zəif hiss edirsiz

- Bədəndə, əl-ayaqda şişkinlik

- Əzələ ağrıları

- Nevroz, qıcıqlanma.

- Ümumiyyətlə, süfrədən duzqabını yığışdırsanız, daha sağlam olarsız.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı