Ərdoğan Azərbaycan xalqını təbrik etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, Türkiyə lideri bu barədə rəsmi “X” hesabında yazıb.

“Bir millət, iki dövlət ruhuna sahib olduğumuz Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı