Toyuq ətini bu halda qəti almaq olmaz

Toyuq əti zəhərlənməyə ən çox səbəb olan qidalardandır. Buna görə də, toyuq alarkən bəzi detallara diqqət etmək vacibdir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, toyuq əti xarab olduqda, göyərir, qızarır və yüngül qoxu yayılır, eyni zamanda ətin üzərində ləkələr meydana gəlir. Bu cür ləkələr olan toyuq ətlərini qətiyyən almaq olmaz.

Əgər ətin üzərində ləkələr yoxdursa, dərinin sarı rəngdən ağ rəngə dəyişməsi normal qəbul edilir. Toyuq ətinin rəngi onun qida dəyərini, ləzzətini və təzəliyini müəyyən etmir, sadəcə toyuğun qidalanması ilə əlaqəli olaraq dəyişir.

Həmçinin toyuğu aldıqdan sonra saxlama şəraiti də önəm kəsb edir. Toyuq əti soyuducuda saxlanmalı, uyğun qaba yerləşdirilməlidir ki, başqa qidalara təmas etməsin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı