Goranboyun DYP rəisi vəzifəsindən azad edildi

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.

Metbuat.az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Səbuhi Əmiraslanov tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, S. Əmiraslanov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı