“Qarabağ”ın və Azərbaycan millisinin üzvü Maksim Medvedev karyerasını başa vurub.
Metbuat.az xəbər verir ki, təcrübəli müdafiəçi bu gün keçirilən “Qarabağ” və “Zirə” arasındakı Azərbaycan Kubokunun finalında futbolla vidalaşıb.
“Qarabağ”ın prezidenti Tahir Gözəl bu münasibətlə M.Medvedevə üzərində 552 (futbolçunun keçirdiyi oyun sayı) yazılmış forma hədiyyə edib.