SOCAR-dan İsrailə neft satdığı ittihamlarına cavab

SOCAR Türkiyə İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib.

Metbuat.az xəbər verir ki, şirkət bu barədə ittihamları əsassız adlandırıb.

    “Son vaxtlar regionda baş verən geosiyasi dəyişikliklər fonunda SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir bəzi təxribatçılar tərəfindən həm sosial şəbəkələr, həm də fiziki hərəkətlərlə hücuma məruz qalıblar. Bu təxribatçı qruplar guya İsrailə xam neft satdığımıza dair əsassız ittihamlar irəli sürərək sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edir, eyni zamanda, şirkət binasına, əməkdaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyaraq hücumlar edirlər.

    İstanbuldakı Baş ofisimizə 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursagazdakı Ofis binamıza 24 may tarixində həyata keçirilən və şiddət səviyyəsi artan təxribatçı hərəkətlərin davam etdirilməsi şirkətimizin işçilərinin həyat təhlükəsizliyi üçün təhlükə yaradır”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı