Zavoddakı faciədə həyatını itirən Turalın yaxını: "Ev aldığı üçün sevinirdi" - VİDEO

Ötən gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə nəticəsində həyatını itirən beş nəfərdən biri - Tural Şabəddin oğlu Səfərəliyev dəfn edilib.

Metbuat.az xəbər verir ki, yaxınları və iş yoldaşları onunla bağlı təəssüratlarını Baku TV-yə bölüşüblər.

"Təzə qonşu idik, çox yaxşı oğlan idi, məsuliyyətli uşaq idi. Atası ilə birgə yaşayırdı. Ev aldığı üçün sevinirdi, qismət olmadı. Allah rəhmət etsin", - mərhumun qonşusu söyləyib.

Ətraflı süjetdə:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR