"Hakimlərin kömək etdiyi klub varsa, o, "Real"dır" - Laporta

“Barselona” prezidenti Xuan Laporta “Negreira işi” barədə yeni açıqlama verib.

Metbuat.az xəbər verir ki, o “Real Madrid”i məsələyə müdaxilə edərək, prosesi uzatdığı üçün tənqid edib:

“Real Madrid”in ortaya çıxması çox çirkin hərəkət oldu. Onların nə üçün belə bir şey etdiklərini başa düşə bilmədim. Onlardan hər şeyi gözləyirəm, amma onların tarixi dəyişdirmələrinə təəccübləndim. Çünki hakimlərin bəyəndiyi, kömək etdiyi klub varsa, o, “Barselona” deyil, məhz “Madrid”dir. Bu, komandanın imicinə qarşı təşkil edilmiş kampaniyadır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı