Mübahisəli epizod barədə yeni iddia - "Kamera işləməyib"

“Barselona” prezidenti Xuan Laporta “Barça One” müsahibəsində Lamine Yamalın “Santiaqo Bernabeu”dakı qalmaqallı qol epizodundan danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, lazım olan görüntülər “Barselona”ya təqdim edilməyib:

“Hakimlər bizə heç vaxt kömək etməyib. Negreira söhbəti “Barselona”nın imicinə zərər vermə kampaniyası idi. Sadəcə, “Bernabeu”dakı qol epizodunu xatırlamaq istəyirəm ki, komitə hələ də bizə bütün görüntüləri təqdim etməyib. Maraqlıdır ki, işləməyən yeganə kamera epizodun qol olub-olmadığını müəyyən edə bilən kameradır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı