Azərbaycanda bu məhsul bahalaşdı

Azərbaycanda unun qiyməti yenidən bahalaşıb.

Metbuat.az xəbər verir ki, qiymət artımı 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur.

Belə ki, əvvəlki aylarda 27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 32 manat və daha baha qiymətə təklif olunduğu bildirilir. Satıcılar bahalaşmaya əsas səbəblərdən biri kimi dəyirmanlarda qiymətlərin artmasını göstərirlər.

İqdisatçı ekspert Fuad İbarhimov bildirib ki, dünya bazarında unun qiymətində ciddi artım müşahidə olunmur. Onun sözlərinə görə, qiymət artımı müəyyən şirkətlərin yanaşmasından qaynaqlanır.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı