Bakıda vəkili hədələyən şəxs həbs edildi

Tanınmış vəkil Elçin Sadıqovu hədələyən şəxs saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Elçin Sadıqov özü bildirib.

Vəkil qeyd edib ki, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada 5 sutka həbs edilib.

Qeyd edək ki, E.Sadıqov bir neçə gün əvvəl avtomobilini park edərkən digər maşından düşən sürücü tərəfindən ona nalayiq ifadələrlə irad bildirildiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdi. Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı