Bu şəxslərin gələcəkdə pensiya təminatı olmayacaq - AÇIQLAMA

“Əgər bir şəxsin əmək müqaviləsi yoxdursa, onun ümumiyyətlə gələcəkdə pensiya təminatı olmayacaq”.

Bu fikirləri əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov deyib. Ekspert Metbuat.az-a bildirib ki, həmin şəxs qanunvericiliklə müəyyən olunmuş bütün güzəşt və imtiyazlardan məhrum sayılır:


“Ümumiyyətlə, əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bir çox əsaslar var. Həmin əsasların bəzilərində öncədən xəbərdarlıq edilməsi nəzərdə tutulsa da, bəzilərində xəbərdarlıq müddəti yoxdur. Eyni zamanda, işçi tərəfindən müqaviləyə xitam verilən zaman, o azı bir ay öncədən işəgötürəni məlumatlandırmalıdır”.

Nüsrət Xəlilov deyib ki, əgər şirkət ləğv edilərsə, işəgötürənin xəbər etmə öhdəliyi yoxdur:

“Şirkətdə ştatların ixtisarı zamanı müqaviləyə xitam verilərkən, azı iki təqvim həftəsindən doqquz təqvim həftəsinə qədər həmin işçinin müəssisədə xəbərdar edilməsi nəzərdə tutulub. Bu xəbərdarlıq həmin işçinin şirkətdəki iş stajına görə dəyişə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı