Flora Kərimova məhkəməni uddu

Xalq artisti, müğənni Flora Kərimova məhkəmədə jurnalist Ülviyyə Alovluya qalib gəlib.

Metbuat.az bildirir ki, bu barədə müğənni özü paylaşım edib.

Kərimova qeyd edib ki, Apellyasiya Məhkəməsində onun Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb və lehinə qərar verilib:

“Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var”.

Xatırladaq ki, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanılmışdı. Jurnalist bir müddət əvvəl sosial şəbəkə hesabında “Flora Kərimova Apellyasiya Məhkəməsində növbəti dəfə uduzdu” paylaşımını etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı