İnyestanın vətənində heykəli qoyuldu

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Andres İnyestanın heykəlinin açılışı olub.

Metbuat.az xəbər verir ki, heykəl futbolçunun vətəni Albasete şəhərində ucaldılıb. Heykəl futbolçunun 2010-cu il Cənubi Afrikada keçirilən dünya çempionatında topa zərbə endirdiyi anı təsvir edir. Həmin mundialın final görüşündə Niderland millisinə yeganə qolu vuran A. İnyesta İspaniyaya dünya çempionatının qızıl medallarını qazandırmışdı.

Qeyd edək ki, yarımmüdafiəçi hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubunda çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı