Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan Metbuat.az-a verilən xəbərə görə, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR