"Meta" şirkətinin rəhbəri Mark Zukerberq "Whatsapp"ın təqdim edəcəyi növbəti yenilikdən danışıb.
Metbuat.az xəbər verir ki, Mark bu barədə “TechCrunch” portalına açıqlama verib. O bildirib ki, "Whatsapp" biznes hesablarının idarə edilməsi üçün süni intellektdən dəstək alacaq. Yenilik sayəsində biznes istifadəçiləri "Facebook" və "Instagram"da reklam yerləşdirərkən süni intellektdən istifadə edə biləcəklər.
Məlumata görə, sosial şəbəkədə bu reklamlara daxil olunduqda süni intellekt müştəriləri "Whatsapp"a yönləndirəcək. Həmçinin müştərilərin verdiyi sualları da çatda süni intellekt cavablandıracaq.