​Mourinyodan Arda hərəkatı - “Real”ın iki ulduzunun adını verdi

"Fənərbaxça"ya gəlməsi ilə bütün dünyada danışılan Joze Mourinyo "Real Madrid"də çıxış edən iki ulduzun transferini istəyir.

Metbuat.az xəbər verir ki, məşqçinin iki futbolçunun adını rəhbərliyə verdiyi bildirilib. "Real Madrid"ə yaxınlığı ilə tanınan “Defensa Central”da yer alan xəbərə görə, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo, Naço Fernandez və Arda Gülerin heyətə cəlb edilməsini istəyir. İddialara görə, "Fənərbaxça” müqaviləsi başa çatmaq üzrə olan Naço Fernandezlə artıq danışıqlara başlayıb və klub onu birədəfəlik transfer etmək istəyir. Xəbərə görə, "Fənərbaxça" Arda Gülerin icarəsi üçün də “Real Madrid”lə danışıqlara başlaya bilər.

Qeyd edək ki, “Real Madrid”in Arda Güleri icarəyə göndərmək istədiyi barədə xəbərlər dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR