Bakıda 25 yaşlı qız itkin düşdü - FOTO

Xəzər rayonunun Binə qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Muxtarova İlahə Teymur qızı itkin düşüb.

Metbuat.az xəbər verir ki, o,iyunun 7-si saat təxminən 05:45 radələrində yaşadığı Südçülük Savxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

İ.Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02 və 055-250-85-05 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR