Rusiyada elm adamları niyə həbs edilir? - ARAŞDIRMA

Rusiya prezidenti Vladimir Putin ölkəsinin səsdən beş dəfə sürətli hərəkət edən hipersonik silahlar sahəsində dünya lideri olduğunu tez-tez dilə gətirir. Lakin bu sahə üçün əhəmiyyətli olan bir çox rus fizik son illərdə vətənə xəyanətlə ittiham edilib və həbs olunub. Həbs olunanların çoxu yaşlıdır və onlardan üçü bu müddətdə həyatını itirib. Bu şəxslərdən biri xərçəngdən əziyyət çəkirdi, xəstəxanadan çıxarılaraq həbsə atıldı.

Metbuat.az BBC-yə istinadən bildirir ki, həbs olunan digər şəxs 2023-cü ildə Tomskdakı evində tutulan 68 yaşlı elm adamı Vladislav Qalkin idi. Onun bir qohumunun dediklərinə görə, qara maskalı şəxslər səhər 4-də evinə gələrək, axtarış aparıb və elmi düsturlar yazılmış kağızlar tapıblar. Həyat yoldaşı Tatyana Qalkinlə şahmat oynamağı xoşlayan nəvələrinə onun iş səyahətində olduğunu deyib. Rusiya Federal Təhlükəsizlik Xidməti məhkəmə haqqında danışmağı ona qadağan edib.

Məhkəmələr bağlı qapılar arxasında aparılır

2015-ci ildən bu yana hipersonik texnologiyası ilə və ya bu texnologiya üzərində çalışan qurumlarla bağlantısı olan 12 fizik həbs edilib. Onların hamısı dövlət sirrlərini başqa ölkələrə ötürmək kimi əməllərlə günahlandırılır.

Bütün proseslər qapalı olduğu üçün, tam olaraq nə ilə ittiham edildikləri bəlli deyil. Kreml sadəcə "ittihamların ciddi" olduğunu açıqlayıb. Lakin onların həmkarları və vəkilləri bu elm adamlarının silah sənayesi ilə bağlantılarının olmadığını və bəzi həbslərin sırf xarici araşdırmaçılarla iş birliyi səbəbindən olduğunu deyirlər. Bildirilir ki, FTX xarici agentlərin silah sirrlərini izlədiyi görüntüsünü yaratmağa çalışır.

Hipersonik silahlar son dərəcə yüksək sürətlə hərəkət edə bilən və uçuş sırasında istiqamət dəyişdirərək hava müdafiə sistemlərindən qaça bilən silahlardır. Rusiya qüvvələri Ukraynada apardığı müharibədə iki növ raket istifadə edir: Təyyarədən atılan "Kıznhal" və "Zircon" raketləri. Ukrayna "Kinzhal" raketlərindən bəzilərini vurmağı bacardığını və bunun həmin raketlərin keyfiyyəti ilə bağlı sual işarəsi doğurduğunu bildirib.

Texnologiya inkişaf edib təkmilləşdikcə, Rusiyada həbslər davam edir. Qalkinin həbs edilməsindən qısa müddət sonra, onunla bir çox məqalənin həmmüəllifi olmuş elm adamı Valeri Zveqitsev də məhkəməyə çıxarıldı. "TASS" agentliyi bir mənbəyə istinadən verdiyi xəbərdə, Zveqintsevin 2021-ci ildə İran jurnalında yayımlanan məqaləsinə görə həbs oluna biləcəyini qeyd etmişdi.

Qalkin və Zveqintsevin adları jurnalın yüksək sürətli təyyarələrə dair hava çəkmə mexanizmləri haqqında məqaləsində yer alıb.

2022-ci ilin yazında FTX Zveqintsev ilə eyni institutda çalışan iki həmkarını da həbs etdi. Biri institutun rəhbəri, digəri yüksək sürətli aerodinamika üzərində araşdırmalar aparan laboratoriyanın sabiq sədri idi.

Nəzəri və Praktiki Mexanika İnstitutu işçiləri həbs edilən üç həmkarlarına dəstək məqsədi ilə bir açıq məktub yayımladılar. Artıq institutun saytından silinən açıqlamada həbs edilən həmkarlarının "mükəmməl emi nəticələrlə" tanındıqları və ölkələrinin çıxarlarına "hər zaman sadiq qaldıqları" qeyd edilmişdi.

"Bu elm adamlarının müdafiə sənayesi ilə əlaqəsi yoxdur".

Rusiya insan haqları və hüquq təşkilatı "First Division"da vəkil olan Yevgeni Smirnov deyir ki, hipersonik artıq insanların həbsinə səbəb ola biləcək bir mövzu olub. O, araşdırmalarının nəticələrindən qorxduğu üçün 2021-ci ildə Rusiyadan Praqaya getmədən öncə, elm adamlarını və vətənə xəyanətlə ittiham edilənləri məhkəmədə müdafiə edib.

O, bu elm adamlarının heç birinin müdafiə sənayesi ilə əlaqəsinin olmadığını, metalların hipersonik sürətlərdə necə deformasiyaya uğradıqları kimi mövzuları araşdırdıqlarını söyləyir:

"Bu, bir raket düzəltməklə əlaqəli deyil, fiziki proseslərin araşdırılmasıdır. Kəşflər daha sonra silah istehsalçıları tərəfindən istifadə edilə bilər".

Həbslər nə vaxt başladı?

Həbslər bir neçə il öncə Vladimir Lapqin ilə başladı. Hazırda 83 yaşında olan Lapqin 2016-cı ildə həbs edilmişdi, amma 4 il sonra şərti azadlığa buraxıldı. O, Rusiya kosmik agentliyi "Roskosmos"a bağlı araşdırma institutu "TsNIIMash"da 46 il çalışmışdı.

Çinli bir şəxsə göndərdiyi aerodinamik hesablamalara dair məlumatlar səbəbindən həbs edilən Lapqin məhkəmədə bildirdi ki, məlumatlar institut tərəfindən satılıb və o, sadəcə tanıtım videosunu həmin şəxsə göndərib.

Lapqin göndərdiyi videonun hər hansı gizli bir bilgi ehtiva etdirmədiyini, sadəcə "açıq mənbələrdə dəfələrdə qeyd edilmiş" bir nümunə olduğunu deyib.

Saxlanılan digər elm adamı isə Sibirdəki Lazer Fizikası İnstitunda mütəxəssis olaraq çalışan və 2022-ci ildə xərçəng səbəbindən xəstəxanada yatdığı müddətdə həbs edilən Dmitri Kolker idi. O, həbs edildikdən 2 gün sonra 54 yaşında öldü.

Təqaüddə olan FTX generalı Aleksandr Mixaylov FTX-nin "hərbi texnologiyanın gizliliyini təmin etməsi lazımdır" deyir. O bildirir ki, Anatoli Maslova may ayında 14 illik ağır həbs cəzası verilməsi üçün "şübhəsiz önəmli səbəblər" olması lazımdır. General vətənə xəyanət ittihamlarındakı artımın 1990-cı illərdə azadlıqların və demokratiyanın genişlənməsinin nəticəsi olduğunu düşünür.

Rusiyada həbs edilən digər elm adamları:

Aleksandr Şiplyuk, 57 yaşında, 2022-ci ildə həbs edildi və yekun məhkəmə qərarını gözləyir.

Aleksandr Kuranov, Sankt-Peterburq Hipersonik Sistemlər Elmi Araşdırmalar Qurumunun sabiq rəhbəri, 2021-ci ildə həbs edildi, 2024-cü ildə 7 il həbz cəzası verildi.

Roman Kovalyov, 2020-ci ildə 7 il həbsə məhkum edildi, 2022-ci ildə öldü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR