Bu imtahanın nəticələri elan olundu

Dövlət Gömrük Komitəsinin (DGK) ərazi gömrük idarələrində və tabeliyində olan qurumda mövcud olan vakant vəzifələr üzrə elan edilən növbəti müsabiqənin test imtahanı mərhələsinin nəticələri elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə DGK-dən məlumat verilib.

Bildirilib ki, 2024-cü il 9 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən imtahan mərhələsində müraciət edən 1176 vətəndaşdan 1152 nəfəri iştirak edib.

Dövlət Gömrük Komitəsinin 2022-cü il 13 dekabr tarixli 1000/284 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında Təlimat"a əsasən keçid balı 80 müəyyən edilib.

Tələb olunan keçid balını toplayan 55 namizəd test imtahanında müvəffəqiyyət qazanıb.

Yaxın günlərdə müsabiqənin müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır. Müsahibənin vaxtı və yeri barədə namizədlərə ən azı 5 gün əvvəl məlumat veriləcək.

Müsahibədə ən yüksən nəticə əldə edən namizədin müraciət etdiyi vakant vəzifə üzrə təyinatı aparılacaq.

2024-cü il 9 iyun tarixində keçirilmiş imtahanın nəticələri barədə məlumatla buradan tanış ola bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı