​“Barselona” sərvət xərclədiyi futbolçunu su qiymətinə satır

“Barselona”da uğurlu oyun nümayiş etdirə bilməyən ispan ulduz yenidən Premyer Liqaya qayıda bilər.

Metbuat.az xəbər verir ki, Premyer Liqada mövsümü 7-ci pillədə başa vuran və növbəti mövsümə daha iddialı heyətlə daxil olmaq istəyən "Nyukasl Yunayted" Ferran Torresi transfer etmək üçün işlərə başlayıb. İspaniya mətbuatının məlumatına görə, “Nyukasl” futbolçu üçün 20 milyon avro təklif edib. İngiltərə komandasının təklifinin 15+5 milyon avro olduğu bildirilib. Bundan əvvəl “Barselona”nın Torresi satmaq istədiyi barədə xəbərlər dərc edilmişdi.

Ötən mövsüm "Barselona"nın heyətində 42 matça çıxan Torres bu matçların yalnız 20-nə ilk 11-də başlayıb. Ferran Torresin transferinin “Barselona”ya 55+10 milyon avroya başa gəldiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı