"Mahir Şükürov 2 yox, 5 aydı ki, bizdən maaşını ala bilmir"

"Mahir Şükürov 2 yox, 5 aydı ki, bizdən maaşını ala bilmir"
19:27 19 Yanvar 2015
140 İdman
Ölkə mətbuatı
A- A+

"Mahir Şükürov 2 yox, 5 aydı ki, bizdən maaşını ala bilmir. Ona görə də “Karşıyaka”dan şikayət etdi. Mən onun qərarına haqq qazandırıram”. Fanat.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Yusif Şimşək deyib.


O, mətbuatda Mahir Şükürovun qardaş ölkə klubundan şikayət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Mahir bizi FSFA-ya deyil, Türkiyə Futbol Federasiyasına şikayət edib. Amma böyük problem yoxdur. Bu gün bütün pulları ödəyəcəyik. Hər şey qaydasına düşəcək. Bu hərəkətinə görə ona nəsə deməyə haqqımız yoxdu. Çünki 5 ay maaş almamaq təbii ki, çətindi”.


Türkiyəli məşqçi millimizin üzvünü komandada saxlayacaqlarını bildirib: “Onu heç yerə buraxmaq niyyətində deyilik. Çünki bizə lazımdı. Sadəcə pulunu istədi və biz də o məblği ödəyəcəyik. Ondan sonra Mahir komandadan ayrılmayacaq. Ən azı mövsümün sonuna qədər bizimlədi. Bu futbolçuya ehtiyacımız var”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmahir-ukurov-2-yox-5-ayd-ki-bizdn-maan-ala-bilmirquot-t17613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR