Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun başlayıb.

Metbuat.az xəbər verir ki, matçın 12-ci dəqiqəsində İngiltərə yığması baxımlı qolla hesabı açıb.

Qeyd edək ki, Serbiya – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Qarşılaşmanı italiyalı Daniele Orsato idarə edir. C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalıb - 1:1.

Xatırladaq ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.