Jurnalist Sərxan Kamal vəfat etdi

Tanınmış jurnalist Sərxan Kamal vəfat edib.

Mətbuat.az-ın məlumatına görə, o, bu gün səhər saatlarında müalicə aldığı Xətai Tibb Mərkəzində dünyasını dəyişib. Mərhumla vida mərasimi Yevlax rayonunda ata evində keçiriləcək.

Xatırladaq ki, S. Kamal uzun illər müxtəlif media qurumlarında çalışıb. Onun son iş yeri Baku.tv olub.

Qeyd edək ki, Sərxan Kamal iyunun 15-də axşam saatlarında Bakıda yaşadığı evdə qəfil insult keçirərək komatoz vəziyyətə düşüb. Jurnalist ağır vəziyyətdə Xətai Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı